Menu
Geri İrəli

Sumqayıtda “Bələdiyyə kuboku” uğrunda futbol turniri sona çatmaqdadır – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2015 • Baxış sayı: 429 dəfə • Şərh yoxdur

1437645868_dsc_0086Sumqayıt Bələdiyyəsinin dəstəyi və təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş günü münasibətilə məhəllə komitələrinin 11-12 yaşlı uşaqlardan ibarət futbol komandaları arasında keçirilən “Bələdiyyə kuboku” uğrunda futbol turniri uğurla davam edir.

Ənənəvi olaraq 2006-cı ildən başlayaraq təşkil edilən “Bələdiyyə kuboku” uğrunda budəfəki 10-cu – yubiley futbol turnirində də şəhərin müxtəlif məhəllə və mikrorayonlarının məhəllə komitələri tərəfindən təşkil edilmiş 20 komandanın tərkibində 300-ə qədər uşaq özlərinin ilkin futbolçu bacarıqlarını nümayiş etdirir.

Uşaqların çox böyük maraq göstərdiyi, Azərbaycanın Əməkdar məşqçisi, Sumqayıtın uşaq-gənclər futbolu üzrə yığma komandalarının baş təlimçisi Ağamusa Bağırovun baş hakim olduğu builki futbol yarışlarında 40-a qədər oyun keçirilir.

Turnir finişə yaxınlaşdıqca sabahın futbolçuları arasında idman meydançalarındakı gərginlik daha da artır. Ötən şənbə günü 12 N-li orta məktəbin futbol meydançasında keçirilmiş növbəti yarışlar da bunu sübut edirdi. Həmin gün 8 məhəllə komandası arasında keçirilən yarışlarda məhəllə komitələri sədrləri Yaşar Əsgərovun, Qara Qarayevin, Əjdər Əliyevin və Xəlil Abbasovun yetirmələrindən ibarət komandalar oyunları yüksək səviyyədə keçirərək, rəqibləri üzərində inamlı qələbə qazanmışlar.

Diqqətəlayiqdir ki, “Yeni yaşayış massivi-2” komandası (məhəllə komitəsinin sədri Yaşar Əsgərov) indiyədək yalnız bir heç-heçə edərək, qalan bütün oyunları qələbə ilə başa çatdırmışlar. İlkin proqnozlara görə məhz bu komanda və Xəlil Abbasovun formalaşdırdığı “Yeni yaşayış massivi-1” komandası finala çıxmağa və “Bələdiyyə kuboku”na yiyələnməyə əsas namizəddirlər.

 Avqustun sonlarında başa çatacaq turnirin qalibləri Təşkilat komitəsi tərəfindən «Bələdiyyə kuboku» və fəxri fərmanlarla təltif ediləcəklər.

Orxan MƏMMƏDZADƏ

Facebook Şərhləndirmə:

Şərhinizi yazın