Menu
Geri İrəli

Sumqayıtda bələdiyyəsinin sədr müavinləri bəlli oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Yanvar 2015 • Baxış sayı: 855 dəfə • Şərh yoxdur

belediyyeSumqayıt Bələdiyyəsi üzvlərinin yeni tərkibdə ilk iclası keçirildi. Iclas barəsində “Zaman-Azərbaycan”a Bələdiyyənin mətbuat xidmətinin rəhbəri Rəhman Orxan ətraflı məlumat veribdir.Onun sözlərinə görə tədbiri Bələdiyyə üzvü, son 10-il ərzində Sumqayıt Bələdiyyəsinə rəhbərlik etmiş professor Əbülfəz Babayev giriş sözü ilə açmışdır.O, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra – 1999-cu ildə yerli özünüidarəetmə orqanı kimi yaradılmış bələdiyyələrin ölkənin ictimai-siyasi həyatında və Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə aparılan abadlıq-quruculuq işlərində fəal və səmərəli fəaliyyəti barədə qısa məlumat veribdir. O, həmçinin ilk yarandığı gündən etibarən Sumqayıt Bələdiyyəsinın geniş və məqsədyönlü fəaliyyətindən, respublikada ilk dəfə olaraq məhz bu şəhərdə bütün mikrorayon və məhəllələr üzrə məhəllə komitələrinin yaradılmasından və onların şəhərin ictimai həyatında yaxından iştirak etməsindən, məhəllə sakinlərinin şikayətləri, arzu və təklifləri əsasında görülmüş işlərdən, keçirilmiş çoxsaylı tədbirlərdən, abadlıq-yaşıllaşdırma işlərinə bilavasitə sakinlərin də fəallıqla qoşulmasından, məhəllədaxili meydança və yolların abadlaşdırılması işlərindən söhbət açıbdır.

Sonra 19 nəfər bələdiyyə üzvlərindən ibarət olan yeni heyət tərəfindən təşkilati məsələyə baxılıbdır. Bələdiyyə üzvlərinin yekdil rəyi ilə professor Əbülfəz Babayev yenidən Sumqayıt Bələdiyyəsinin sədri, Sultan Əsədov, Zeynəb Məmmədyarova və Musa Həsənov sədrin müavinləri seçiliblər.

Bələdiyyənin yeni heyətinin iclasında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev iştirak edibdir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın