Menu
Geri İrəli

Sumqayıtda Beynəlxalq Ahıllar günü qeyd edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Oktyabr 2009 • Baxış sayı: 396 dəfə • Şərh yoxdur

Bu gün Beynəlxalq Ahıllar günü münasibətilə Sumqayıtda tədbir keçirilib. Tədbirdə şəhər rəhbərliyinin nümayəndələr və şəhərin bir qrup ahılları iştirak edib. Tədbir zamanı ahıllara nahar süfrəsi verilib və bədii proqram nümayiş etdirilib. Qeyd edək ki, BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilmiş, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar ili elan olunmuşdur. 1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda da “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökümət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın