Menu
Geri İrəli

Sumqayıtda Beynəlxalq Elmi konfrans keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Dekabr 2009 • Baxış sayı: 470 dəfə • Şərh yoxdur

pic1sSumqayıt Dövlət Universitetində “Ekoloji mikrobiologiya və biotexnologiyanın aktual problemləri” mövzusunda Beynəlxalq Elmi konfrans keçirilib. AMEA-nın Mikrobiologiya İnstitunun, Gürcüstan Respublikasının Mikrobiologiya Cəmiyyətinin, Azərbaycan Mikrobiologiya Cəmiyyətinin və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutan bu konfransda İran, Türkiyə, Rusiya, Gürcüstandan olan elm adamları iştirak edib. konfransa həmsədrliyi AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor M.Salmanov, SDU-nun rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor N.Qəhrəmanov, Gürcüstan Respublikasının Mikrobiologiya Cəmiyyətinin sədri, biologiya elmləri doktoru, professor Z.Lomtabidze ediblər. Konfransda iştirak edən ziyalılar ətraf aləmin qorunması, təbiətin mühafizəsi və digər mövzularda elmi məruzələrlə çıxış ediblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın