Menu
Geri İrəli

Sumqayıtda Beynəlxalq Gənclər günü qeyd ediləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2011 • Baxış sayı: 156 dəfə • Şərh yoxdur

12 avqust Beynəlxalq Gənclər Günü ilə əlaqədar olaraq  ”SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı “Gəlin dünyamızı birlikdə dəyişək” ( “Let’s change our world together” ) devizi altında gənclik bayramı keçirəcək.

12 avqust Beynəlxalq Gənclər günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər günü kimi qeyd olunması qərara alınıb.

Bu ilki Gənclər gününün mövzusu “Dünyamızı necə dəyişək?” adlanır. “Gəlin dünyamızı birlikdə dəyişək” devizi altında təşkil edəcəyimiz bayramda Sumqayıt gənclərini  müxtəlif sürprizlər gözləyir.

Tədbir 13 avqust şənbə günü saat 18.00-da Sumqayıt şəhəri, Şahmat məktəbi ilə üzbəüz parkın içərisində yerləşən “Yaşıl Teatr”da baş tutacaq.

Tədbirdə maraqlanan hər bir Sumqayıt gənci iştirak edə bilər. Tədbirdə iştirak etmək istəyən gənclərdən xaiş olunur ki ağ rəngli köynək və ya T-shirt geyinsinlər. Tədbir zamanı müxtəlif oyunlar, fotosesiyalar və sonda möhtəşəm Mafia oyunu olacaq.

“SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı olaraq Sumqayıt gənclərini bu bayramı birlikdə qeyd etməyə çağırırıq.
Tarix : 13 avqust
Saat : 18.00
Məkan : “Yaşıl Teatr”
Əlaqə telefonu : 055 530 40 96

Facebook Şərhləndirmə:

Şərhinizi yazın