Menu
Geri İrəli

Sumqayıtda beynəlxalq tibb konfransı keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2009 • Baxış sayı: 263 dəfə • Şərh yoxdur

Sumqayıtda şəhərin 60 illik yubiley tədbirləri çərçivəsində “Hepatitə yox deyək” adlı Beynəlxalq Tibb Konfransı keçirilib. Konfrans “AF Hotel-Aqua Park”ın konfrans zalında “Hippokrat” Tibb Mərkəzi və Almaniya Federativ Respublikasının Lüdviqshafen Şəhər Klinikasının birgə təşkilatçılığı ilə həyata keçirilib. Konfransın keçirilməsinə Prezident Yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dəstək göstərib. Konfransda şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev, aidiyyatı nazirliklərin məsul şəxsləri və millət vəkilləri ilə yanaşı, Lüdviqshafen şəhər klinikasının, Sumqayıt şəhərinin və respublikanın digər bölgələrinin səhiyyə işçiləri iştirak edib. Konfransda çıxış edən şəhər İcra hakimiyyətinin başçısı V.Əliyev qonaqları salamlayıb, Sumqayıt və Lüdviqshafen şəhərləri arasında dostluq əlaqələrindən danışaraq konfransın şəhər səhiyyəsinin inkişafında böyük rol oynayacağını qeyd edib. Konfrans zamanı prof. J. F. Rimann “Müasir Qastroenterologiyada müayinə metodları”, prof. U. Höffler “A/H1N1 virusu” , Z. Babayeva isə “Qastroenterologiyada ultrasəs müayinəsi” mövzusu ilə bağlı məruzə oxuyub. Beynəlxalq konfrans xarici və yerli ekspertlərin iştirakı ilə öz işini növbəti iki gündə “Hippokrat” Elm-istehsalat Birliyində davam etdirəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın