Menu
Geri İrəli

Sumqayıtda Beynəlxalq Ahıllar Günü qeyd olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Oktyabr 2017 • Baxış sayı: 223 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıtda Beynəlxalq Ahıllar Günü qeyd olunub. Ağsaqqalların, müharibə və əmək veteranlarının, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin qeydiyyatında olan ahılların da qatıldığı tədbir şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə reallaşıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov tədbirdə çıxış edərək şəhərdə ahıllara göstərilən diqqət və qayğıdan danışıb.

Tədbirdə çıxış edənlər ahıllara, diqqətə ehtiyacı olan insanlara dövlət qayğısından danışıb, BMT–nin qərarı ilə keçirilən 1 oktyabr – Beynəlxalq Ahıllar Gününün önəmindən bəhs ediblər.

Tədbirdə çıxış edən ahıllar son zamanlar Sumqayıtda həyata keçirilən sosialyönümlü layihələri, doğma şəhərin sürətlə dəyişən simasını bəyəndiklərini qeyd edərək, dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçılarına ərzaq bağlamaları təqdim olunub.

1506942288_4 1506942329_10 1506942348_5

Beynəlxalq Ahıllar Günü Sumqayıtda qeyd olunub - FOTOLAR

Beynəlxalq Ahıllar Günü Sumqayıtda qeyd olunub - FOTOLAR

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın