Menu
Geri İrəli

Sumqayıtda Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Dekabr 2015 • Baxış sayı: 437 dəfə • Şərh yoxdur

1449154703_ayz_0001

3 dekabr 2015-ci il tarixdə şəhərimizdəki Turan restaranında Beynəlxalq Əlillər  gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələti İctimai Birliyi, Çernobıl Əlillər İttifaqı, Gözdən Əlillər , Əlil Qadınlar, Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda, Əlillər cəmiyyətlərinin, Veteranlar Şurası, Əfqanıstan Əlillər İttifaqı  və digər ictimai təşkilatların yerli şöbələrinin qeydiyyatında olan 100-dən çox əlil iştirak edirdi.

1449154630_ayz_0022

Tədbiri giriş sözü ilə şəhər İcra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev açaraq, şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun adından tədbir iştirakçılarını salamlamış, onun xoş arzularını çatdırmışdır. G.Əliyev qeyd etmişdir ki, indi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir.  Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslıi tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib.

1449154628_ayz_0003

Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Bakıda və regionlarda əlillər üçün reablitasiya mərkəzləri, protez-ortopedik müəssislər yaradılıb. Ulu öndər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşıb, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görüb.

Əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Dövlət başçısının əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpasına şərait yaradıb.



1449154636_ayz_0075 1449154647_ayz_0005
1449154705_ayz_0058Çıxış edənlər, Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələti İctimai Birliyi Sumqayıt şəhər şöbəsinin sədri Tərlan Hacızadə, Əlillər Cəmiyyəti Sumqayıt şəhər şöbəsinin sədri İmran Mehdiyev,  şəhər Veteranlar Şurasının sədri Leyla Qasımzadə və başqaları göstərilən diqqət və qayğıya görə ölkə və şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın