Menu
Geri İrəli

Sumqayıtda beynəlxalq kikboksinq turniri keçirilib – FOTOSESSİYA

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Avqust 2017 • Baxış sayı: 1,206 dəfə • Şərh yoxdur
Share Button

DSC_0029

Sumqayıt şəhərində Gənclər və İdman Nazirliyinin,  Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan kikboksinq idman növünün K-1 üslubu üzrə peşəkarlararası beynəlxalq turnir keçirilib.

Turnir Sumqayıt şəhərindəki dənizkənarı bulvar ərazisində baş tutub.

Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Faiq Kərimov  və Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev beynəlxalq turniri açıq elan edərək idmançılara uğurlar arzulayıblar.

Turnirdə Azərbaycanın 17, Gürcüstanın 2 və Pakistanın 1 idmançısı olmaqla, ümumilikdə, 20 peşəkar kikboksinq ustası reytinq döyüşlərində mübarizə aparıb. Kikboksçular yeddi çəki dərəcəsində və beynəlxalq kikboksinq qaydalarına uyğun olaraq qələbə uğrunda yarışıblar.

Turnirdə 57, 60, 63, 67, 75, 86 kiloqram və 91 kiloqramdan yuxarı çəki dərəcələrində yüksək ustalığa malik peşəkar kikboksçular mübarizə aparıblar.

Turnirdə, həmçinin K-1 üslubu üzrə dünya oyunları kəməri, Azərbaycan kəməri və Dünya Kikboksinq Təşkilatları Assosiasiyası-WAKO-PRO versiyası üzrə K-1 üslubunda qitələrarası kəməri uğrunda üç döyüş keçirilib.

Qeyd olunub ki, turnirin keçirilməsində məqsəd kikboksinq idman növünün təbliği, gənclərin sağlam və milli ruhda yetişməsidir.

Xatırladaq ki, ötən il Sumqayıtda 28 May – Respublika Gününə həsr edilmiş kikboksinq üzrə peşəkarlar arasında turnir təşkil edilib.

DSC_0025

DSC_0023

DSC_0059

DSC_0070

DSC_0071

 

DSC_0011

DSC_0009

DSC_0017

DSC_0006 DSC_0108 DSC_0117 DSC_0125 DSC_0156 DSC_0163 DSC_0193 DSC_0206 DSC_0212 DSC_0218 DSC_0243 DSC_0250 DSC_0275

 

 

 

 

 

 

 

 

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın