Menu
Geri İrəli

Sumqayıtda Beynəlxalq Müəllimlər Günü qeyd edilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Oktyabr 2017 • Baxış sayı: 2,318 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt şəhərində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü  münasibətilə geniş tədbir keçirilib.

DSC_0247

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov təhsil işçilərini peşə bayramı münasibəti ilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.  Son illər ölkəmizdə elmin, təhsilin inkişafı sahəsində görülən işlərdən, həyata keçirilən islahatlardan, dövlət proqramlarından və əldə olunan nailiyyətlərdən söz açıb.

Qeyd olunub ki, dövlətimizin təhsil sahəsində göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə ümumtəhsil məktəblərinin maddi-texniki bazası möhkəmləndirilir, müasir tələblərə cavab verən yeni təhsil ocaqları tikilib istifadəyə verilir, müəllim və şagirdlərə göstərilən qayğı gündən-günə daha da artır.

Tədbirdə xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyi vurğulanıb.

Çıxış edən ziyalılar Sumqayıt müəllimləri adından Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərman və hədiyyələr təqdim olunub.

Tədbir konsert proqramı ilə başa çatıb.

DSC_0019 DSC_0033 DSC_0034 DSC_0037 DSC_0045 DSC_0046DSC_0051 DSC_0066 DSC_0075 DSC_0078 DSC_0080 DSC_0090 DSC_0242 DSC_0253 DSC_0255 DSC_0260 DSC_0264 DSC_0267

DSC_0048DSC_0049DSC_0050

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın