Menu
Geri İrəli

Sumqayıtda binalara yeni qaydalarla ünvan lövhələri vurulacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Avqust 2013 • Baxış sayı: 367 dəfə • Şərh yoxdur

Azərbaycanda yeni qaydalarla verilmiş ünvanlar bu ilin sonundan qüvvəyə minəcək. Trend-in məlumatına görə, bu barədə ölkənin Daşınmaz Əmlak məsələləri üzrə Dövlət Komitəsinin jurnalı- “Daşınmaz Əmlak”da bildirir.

Bu ilin əvvəlindən Azərbaycanda yeni qaydalara uyğun şəkildə binaların girişlərinə ünvan verilməsi prinsipi əsasında ünvanların müəyyən edilməsi işlərinə başlanılıb.

Məqalədə bildirilir: “Yalnız Bakı şəhəri üzrə 1500-dən çox küçə və prospekti əhatə etməklə binalara və girişlərə yeni qaydalarla ünvan lövhələrinin vurulması ilin sonunadək başa çatdırılacaq. Yaxın zamanlarda Gəncə və Sumqayıt şəhərlərində bu lövhələrin vurulması işlərinə başlanacaq. Respublikanın digər şəhər və rayonlarında bu işlərin həyata keçirilməsi məqsədilə hazırlıq işləri aparılır”.

IMG_5804

Facebook Şərhləndirmə:

Şərhinizi yazın