Menu
Geri İrəli

Sumqayıtda binaların eyvanları sökülür?

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Avqust 2014 • Baxış sayı: 966 dəfə • 1 şərh

Sumqayıtda Sülh prospektinin 36-cı məhəllə yerləşən hissəsində binalarda aparılan şüşə konstruksiyalı fasadlaşma işləri vətəndaşları eyvansız qoyacaq. 

 Bu barədə “Qafqazinfo”ya sakinlər məlumat verib. Xəbərdə bildirilir ki, binanın fasadlanması hazır olduqdan sonra eyvanların ölçüləri nəzərə çarpacaq dərəcədə kiçiləcək. Binanın 4-cü mərtəbəsinə qədər olan eyvanların eni 70 sm, 5-ci mərtəbədəki eyvanlar isə 60 sm olacaq. Bu isə sakinlərin ciddi narazılığına səbəb olub. Sakinlər bildirir ki, tikinti aparan şirkət və səlahiyyətli şəxslər mənzillərin eyvanlarının “kupça”ya daxil edilmədiyini əsas gətirirlər.

Sözügedən binalar 1964-cü ildə tikilərək əhalinin istifadəsinə verilib. Şikayətçilər deyir ki, onsuz da darısqal və yaşamaq üçün minimal tələblərə belə cavab verməyən bu binalarda vətəndaşların mülkiyyət hüququ pozularaq, onalarla razılaşdırılmadan eyvanlar sökülərək kiçik ölçülü eyvanlarla əvəz edilir. Hətta bir sakinin eyvanı tamamilə təxirə salınıb: “Ən dəhşətli mənzərələrdən biri isə odur ki, həmi məhəllədə yerləşən 5/11 və 6/11 binalar bitişik olduğu halda yalnız 5/11 nömrəli binada fasadlama işləri aparılır. Çünki, gələn qonaqlar və ölkə rəhbərliyi buradan keçəndə əsasən 5/11 görsənir, 6/11 görsənmədiyindən bu bina elə köhnə görünüşündə qalır”.

Sakinlər bildirir ki, bütün bunların məsuliyyəti isə Sumqayıt şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun üzərinə düşür: “Bakı Dövlət Layihə İnstitutunun direktoru əməkdar memar İlqar İsbatovun qəbuluna düşmək isə mümkün deyil. İnstitutun direktor müavini Şakir Eyvazov Daşınmaz Əmlakın Texniki Pasportunda göstərilərək vətəndaşın mülkiyyəti hesab edilən bu eyvanların sökülməsi məsələsində aciz qalaraq sualları cavablandırmaqdan yayınır”.

73771 773682 978385

Facebook Şərhləndirmə:

“Sumqayıtda binaların eyvanları sökülür?” yazısına bir cavab

  1. Emin deyir:

    DEDEME chox dedim gel sataq satmadi bir gunde gelib bizim Nizami kucesin sokecekler

Şərhinizi yazın