Menu
Geri İrəli

Sumqayıtda bir ailə bağlı qapı arxasında qalıb – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Noyabr 2013 • Baxış sayı: 371 dəfə • Şərh yoxdur
Share Button

sumqayit-13Sumqayıtda bir ailə bağlı qapı arxasında qalıb. Dava sivil formada məhkəmə yolu ilə olsa da, qərarın icrası bir ailəni öz evinin qapısı arxasında qoyub.
Yeganə Kərimova evin yeni sahibi Məhəmməd Beydullayev 2005-ci ildə Cəmaləddin Kərimovun yaşadığı bağ sahəsinin sənədlərlə ona aid olduğu iddiası ilə məhkəməyə müraciət etdiyini deyib. Sonuncu məhkəmə instansiyası – Ali Məhkəmə iddiaçının xeyrinə qərar çıxarıb. Cəmaləddin Kərimov torpaq sahəsinə görə bələdiyyəyə pul ödədiyini deyir. Bələdiyyə şikayətçiyə 2005-ci ildə 3 milyon manat pul ödənildiyi barədə rəy də verib.
İndi Cəmaləddin Kərimov məhkəmə ilə bələdiyyə arasında, onun əmlakı isə bağlı qapılar arxasında qalıb.

Sumqayıt şəhər bələdiyyə sədri Əbülfəz Babayevin sözlərinə görə, bələdiyyə ona torpaq satmayıb, ona torpağı dövlət verib. “O dövr üçün ayrı idarə var idi- Bağlar İdarəsi. Bu prosses həmin dövrün nəticələridir”.

Lakin torpağın vaxtı ilə mövcud olmuş Bağlar İdarəsi tərəfindən verildiyi halda, bu torpağa görə pul niyə bələdiyyəyə ödənilirdi sualı açıq qaldı. Hələlik isə reallıq ondan ibarətdir ki, Qarabağ əlili olan şikayətçi çöldə qalıb. Ona əmlakını götürməyə icazə verilsə də, Cəmaləddin Kərimov bunu etməyə tələsmir. Çünki o hələ də bütün evi qaytarmağa ümidlidir.

Məsələ ilə bağlı evin yeni sahibinin də mövqeyini öyrəndik. İddiaçının oğlu Mehman Beydullayev bildirdi ki, bu bağ sahəsi sənədlərlə onun atasına məxsusdur. 2005-ci ildə məhkəmə bu bağ sahəsinin ona qaytarılması ilə bağlı qərar çıxarıb. Amma qərarın icrası düz 8 il ləngiyib və nəhayət ki, indi şikayətçinin müqavimətinə baxmayaraq həyata keçirilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın