Menu
Geri İrəli

“Sumqayıtda bir çox mağazalarda alqı-satqı dayandırılıb”

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Fevral 2015 • Baxış sayı: 1,713 dəfə • 1 şərh

qida“4-5 saat olar ki, ərzaq mağazalarının çoxu bağlıdır. Satıcılar deyirlər, onlara mağaza sahiblərindən tapşırıq gəlib ki, alveri müvəqqəti dayandırsınlar. Deyirlər, dolların qalxmasına görədir”.

Bunu “Qaynar xətt”ə Sumqayıt sakinləri deyir. Eldəniz Musayevin sözlərinə görə, fevralın 21-də səhər saatlarından şəhərdəki mağazaların bir hissəsi işləmir:

“Təkcə ərzaq mağazaları yox, mobil telefon satışı və elektrik malları satılan dükanlar da bağlıdır. İşləyən mağazalarda isə kreditlə satış dayandırılıb. Satıcılar deyirlər, mağaza sahibləri başlarını itirib. Necə hərəkət etməli olduqlarını bilmirlər. Hələlik çıxış yolunu nağd satışı və kreditləşməni dayandırmaqda görürlər”.

Mərkəzi Bank manatı 33 faiz qiymətdən salıb.

Facebook Şərhləndirmə:

““Sumqayıtda bir çox mağazalarda alqı-satqı dayandırılıb”” yazısına bir cavab

  1. Fuad deyir:

    13 mkr yerlesen “Qayali” marketde qiymetler suni sekilde qaldirilib. Sud mehsullari satilan sobede vitrinde yaq mehsullarinin deyisdirilmis qiymetlerini gore bilersiz . Yaqlarin qiymeti minimum 40 qepik qalxib.

Şərhinizi yazın