Menu
Geri İrəli

Sumqayıtda bir qrup tibb işçisi təltif olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 19 İyun 2017 • Baxış sayı: 1,290 dəfə • Şərh yoxdur
Share Button

149770551233989479_1000x669

Sumqayıtda 5 minə yaxın səhiyyə işçisi gecəli-gündüzlü fədakarcasına şəhər sakinlərinin sağlamlığının keşiyində dayanır.

AZƏRTAC xəbər verir ki, şəhərdə xidmət göstərən 26 tibb müəssisəsinin nümayəndələri iyunun 17-də bir araya gələrək peşə bayramlarını qeyd ediblər.

Bu münasibətilə keçirilən tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, həkimlik çox nəcib peşədir, insanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq müqəddəs və şərəfli bir vəzifədir. O, şəhərin tibb işçilərini peşə bayramları münasibətilə təbrik edərək, onlara bu çətin, şərəfli və son dərəcə vacib işlərində uğurlar arzulayıb. Qeyd olunub bu peşə bayramı ümummilli lider Heydər Əliyevin Azərbaycan səhiyyəsinə töhfəsidir. Ulu Öndərin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb işçilərinin peşə bayramı günü təsis olunub. Bu, dahi rəhbərin həkimlik sənətinə münasibətinin, tibb işçilərinin zəhmətinə yüksək dəyər verməsinin göstəricisi idi.

Bildirilib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa olunaraq müasir avadanlıqlarla təmin edilir.

“Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Biz bu diqqət və qayğını öz şəhərimizin timsalında da aydın görürük”, – deyən Z.Fərəcov qısa müddətdə 1 nömrəli şəhər poliklinikasında, 1 nömrəli doğum evində, uşaq xəstəxanasının infeksion korpusunda, onkoloji xəstəxanada, 2 nömrəli qadın məsləhətxanasında aparılan əsaslı təmir işlərini buna misal gətirib.

Çıxışlardan sonra bir qrup tibb işçisi şəhər icra hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub.

Tədbir süfrə arxasında bayram konserti ilə davam edib.

149770522847329352_1000x669

DSC_0171 DSC_0223 DSC_0256 DSC_0281 DSC_0285

1497705228218252269_1000x669 14977052284174019215_1000x669 14977052286018023626_1000x669

14977052284174019215_1000x669

 

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın