Menu
Geri İrəli

Sumqayıtda “Biznes-planın yazılması” mövzusunda təlim keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2014 • Baxış sayı: 325 dəfə • Şərh yoxdur

Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Sumqayıt Gənclərinin sahibkarlıq bacarıqlarının inkişaf  etdirilməsi”  layihəsi çərçivəsində “Biznes-planın yazılması” mövzusunda təlim keçirilib. Layihənin rəhbəri Arzu Qafarlının verdiyi məlumata görə sözügedən təlimdə   20 nəfər  iştirakçı gənclərlə yanaşı,  KİV-lər,  tanınmış təlimçilər də iştirak edib.

Təlimçi ekspert  İsmayıl Kərimov bildirib ki,  Biznes-planın yazılışının standart forması yoxdur: “Elə bir forma işləyib hazırlamaq lazımdır ki, bu biznes-plan sizin sahibkarlıq strukturunuza cavab verə bilsin. Təbiidir ki, hər bir fəaliyyət növü və bu fəaliyyətin təşkili köklü surətdə bir-birindən fərqlənir. Ona görə də, biznes-planın hazırlanmasından qabaq, biznes-planın elementlərini тəhlil etmək və bu elementlərdən hansının sizin biznes üçün daha münasib olduğunu müəyyən etmək lazımdır”.

Təqdim edilən strukturun gələcək işləri üçün yaxşı model ola bildiyini deyən İ. Kərimov işə başlamazdan öncə məhsulun və ya xidmətin çıxacağı bazar haqqında mümkün qədər çox məlumat toplamağın vacibliyini qeyd edib: “Biznes-plan  bu bazarda sizin ilk məhsulunuzdur”.

Biznes-planın hazırlanmasının çox vaxt tələb etdiyini söyləyən təlimçi ekspert ancaq bu sərfin tezliklə öz bəhrəsini verəcəyini diqqətə çatdırıb: “Layihənin təqdimatı prosesi nə qədər keyfiyyətli keçərsə, müvəffəqiyyət üçün bir o qədər də çox imkan yaranacaqdır. Belə ki, bunun sayəsində, gələcək investorlarınız və ya kreditorlarınızdan daha sərfəli maliyyələşmə şərtlərini əldə edə bilərsiz”.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıb.

Qeyd edək ki, layihənin məqsədi Sumqayıt gənclərini  sahibkarlıq fəaliyyətində marketinqin əsasları, marketinq planın hazırlanması, onun növləri, rəqibləri tanıma, tələbatın araşdırılması  mövzularında marifləndirməkdir.

Layihə çərçivəsində  gənclərə sahibkarlıq fəaliyyətinə, yeni texnologiyalar vasitəsilə maraq oyatmaq, öz işlərini  səmərəli istifadə etmək üçün məlumatlar vermək  və s. kimi  mövzuları  əks etdirən  təqdimatlar  hazırlanıb,  maarifləndirici bukletlər nəşr edilib.

183684 476249

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın