Menu
Geri İrəli

Sumqayıtda bloq haqqında seminar keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Oktyabr 2010 • Baxış sayı: 158 dəfə • Şərh yoxdur

“Gənc Bloqçular Şəbəkəsi” layihəsi çərçivəsində bu gün saat 14.00-da Sumqayıt şəhərində Bloqçuluq haqqında seminar keçiriləcək.

Seminarda
• bloqçuluğun əhəmiyyəti,
• bloq alətindən öz məqsədiniz üçün effektiv istifadə yolları,
• bloq vasitəsi ilə ətrafınızda necə sosial şəbəkə qurmaq,
• bloqdan maksimum fayda və qazanc əldə etmək imkanları haqqında

Məlumatlar veriləcəkdir. İştirakçılar Gənc Bloqçular Şəbəkəsi layihəsi çərçivəsində bloqçular üçün yaradılacaq imkanlar haqqında da məlumatlandırılacaqdır.

Bu seminar aşağıdakı şəxslər üçün maraqlı ola bilər:

• sosial aktiv gənclər, tələbələr,
• aktiv İnternet istifadəçiləri,
• QHT nümayəndələri,
• həmçinin bloqlarla dərindən maraqlanlar.

ÜNVAN: Sumqayıt şəh., 1-ci mikrorayon,
Uşaq və Gənclərin İnformasiya Texnologiyaları Akademiyası

Qeyd etmək istərdik ki, “Gənc Bloqçular Şəbəkəsi” layihəsi USAID və Counterpart International təşkilatlarının dəstəyi ilə həyata keçirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın