Menu
Geri İrəli

Sumqayıtda BMW ağaca çırpıldı: 32 yaşlı sürücünün cəsədi çətinliklə çıxarıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2014 • Baxış sayı: 926 dəfə • Şərh yoxdur
bmwSumqayıtda səhər saatlarında yol qəzası baş verib.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində “BMW” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü 1982-ci il təvəllüdlü Zahidov Füzuli Babək oğlu hadisə yerində aldığı xəsarətlərdən həyatını itirib. Onun cəsədi deformasiyaya uğramış avtomobilin içində sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə F.Zahidovun cəsədini avtomobildən çıxarıb aidiyyəti üzrə təhvil veriblər.
Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 08:49-da başa çatıb.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın