Menu
Geri İrəli

Sumqayıtda “Böyük Hindistan toyu” nümayiş olundu – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 30 May 2017 • Baxış sayı: 2,084 dəfə • Şərh yoxdur

DSC_0025Hindistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrında Hindistan incəsənət ustalarının ifasında maraqlı “Möhtəşəm Hindistan toyu” rəqs tamaşa nümayiş olunub. Tamaşa Azərbaycan respublikası ilə Hindistan arasında diplomatik münasibətlərin 25 illiyi münasibəti ilə keçiriliən silsilə tədbirlər çərçivəsində baş tutub.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Hindistanın Azərbaycandakı səfiri Sancay Rana iştirak edib.

Açılış mərasimində Hindistanın Azərbaycandakı səfiri Sancay Rana mədəni tədbirlərin keçirilməsini təqdirəlayiq hesab edib. Bildirib ki, bu cür tədbirlər artıq özünəməxsus bir ənənəyə çevrilib və mədəni-yaradıcılıq sahəsində mübadilə, eləcə də ölkələrin mədəni nailiyyətlərini əks etdirmək baxımından əhəmiyyətlidir. Vurğulanıb ki, hər iki ölkənin mədəniyyət sahəsindəki münasibətləri qədim köklərə söykənir. Həmçinin, natiq belə tədbirlərin keçirilməsini xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyəti olduğunu vurğulayıb. Bu bizim 25 illik diplomatik münasibətlərimizin əyani göstəricisdir”- bu fikirləri Sancay Rana səsləndirib.

Rəsmi hissədən sonra “Möhtəşəm Hindistan toyu” rəqs tamaşası nümayiş olunub. Tamaşa Hindistan cəmiyyətində baş verən açıqlığa doğru dəyişilməni və müxtəlif mədəniyyətlərin qəbul olunmasını özündə əks etdirir. Hindistanın 29 ştatı arasındakı mədəni müxtəlifliyi təsvir etmək məqsədi ilə ifa olunan rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tamaşanın sonunda Hindistanın ölkəmizdəki səfirinə Sumqayıt şəhər İcra Hakimiyyəti adından hədiyyələr təqdim olunub. Sonda milli musiqilərimiz, eləcə də Qarabağ şikəstəsi ifa olunub.

DSC_0007 DSC_0010 DSC_0016 DSC_0031 DSC_0046 DSC_0048 DSC_0050 DSC_0066 DSC_0077 DSC_0083 DSC_0099 DSC_0114 DSC_0119 DSC_0124 DSC_0125 DSC_0134 DSC_0136 DSC_0147 DSC_0155 DSC_0175 DSC_0203 DSC_0212 DSC_0221 DSC_0223 DSC_0229

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın