Menu
Geri İrəli

Sumqayıtda “Breyn-rinq” – bilik yarışı keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Dekabr 2013 • Baxış sayı: 707 dəfə • Şərh yoxdur

azerikimya (1)

ARDNŞ-nin «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı ilə Sumqayıtın bir sıra müəssisə, idarə və təşkilatlarını təmsil edən komandalar arasında 31 dekabr – Dünya Azər­baycanlılarının Həmrəyliyi günü və yeni il münasibə­tilə “Breyn-rinq” – bilik yarışı keçirilib.

“Azərikimya” İB-nin struktur bölmələrinin də təmsil olun­
uğu yarışlara Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Yanğın­dan Mühafizə İdarəsinin, şəhər təhsil və səhiyyə şöbələrinin, Sumqayıt Dövlət və Qafqaz Universitetlərinin, Müəl­limlər İnstitutunun, Moskva Dövlət Universitetinin Bakı filialının, “N” saylı hərbi hissənin,  YAP Sumqayıt şəhər təşkilatının, 2 sayli Ərazi Vergilər İdarəsinin, “Qartal” firmasının, KİV nümayən­dələrinin, ARDNŞ-nin Təlim, Tədris və Sertifi­kat­laş­dırma  İda­rəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin, Sumqayıt Təhsil Məlumat Mərkəzinin, Sumqayıt Peşəkar Futbol klubunun və digər müəssisələrin komandaları da daxil olmaqla 23 komanda qatılıb.

Yarış iştirakçılarının xüsusi fəallığı, münsiflər heyətinin, o cümlədən “Breyn-Rinq” yarışları üzrə mütəxəssislərin ciddi nəzarəti ilə keçirilən, üç mərhələdən ibarət olmaqla  dörd  saata qədər davam edən bilik yarışmasında öz yüksək bilik səviyyəsi və geniş dünyagörüşə malik olmaları, hazırcavablıqları ilə seçilən «Mətbuat» komandası birinci, Sumqayıt Təhsil Məlumat Mərkəzinin və «Azərikimya» İB-nin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutulub.

Qalib komandalara «Azərikimya» İB tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur. Həmçinin yarışda fərqlənən daha dörd komanda fəxri-fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın