Menu
Geri İrəli

Sumqayıtda bu da oldu: krediti vaxtından əvvəl ödədiyi üçün cərimələndi

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Aprel 2014 • Baxış sayı: 1,093 dəfə • 2 şərh
Share Button

Əməkdaşımız İntiqam Valehoğlu ilə “Dəmirbank” arasında anlaşılmazlıq yaranıb. Belə ki, İ.Valehoğlu ötən ilin əvvəlində Sumqayıt şəhərində yerləşən “Texno” marketdən kreditə noutbuk götürüb.


“Dəmirbank”la həmin mağazanın əməkdaşlığı olduğundan yerindəcə kredit məsələsi həll olunub: “Yəni mən 24 ay müddətinə məhz “Dəmir bank”a 41 dollar ödəməliydim. Bu da hardasa 32-33 manat edir. İndiyə kimi krediti vaxtında ödəmişəm. Sonuncu dəfə isə yanvar ayında “Dəmirbank”ın “Texno” marketdə yerləşən nümayəndəliyinə 100 manat ödəmişəm. Bu məbləğ kreditimin üç ayını tam ödəyir. Bu gün həmin bankın Sumqayıt filialından zəng edib bildirirlər ki, 17 dollar əlavə faiz ödəməliyəm. Səbəbini soruşanda bildirdilər ki, bu faiz krediti vaxtından əvvəl ödədiyimə görədir. İlk dəfədir belə bir halın şahidi oluram. Krediti vaxtından əvvəl ödəyəndə müştəriyə güzəşt edərlər. Görəsən doğrudanmı Azərbaycan qanunvericiliyində belə bir şey var? Əgər varsa, deməyə söz tapmıram”.

AzNews.az

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda bu da oldu: krediti vaxtından əvvəl ödədiyi üçün cərimələndi” yazısına 2 cavab

  1. Ramil deyir:

    Qeyd edirsiniz ki, “Dəmirbank”la həmin mağazanın əməkdaşlığı olduğundan yerindəcə kredit məsələsi həll olundu, kreditin Banka getmədən yerində həll olunması özü qanun pozuntusudur. Buna görə Milli Bank dediyiniz bankı cərimələyə bilər. Ödənişi dediyiniz kimi “Dəmirbank”ın “Texno” marketdə yerləşən nümayəndəliyinə ödədiyinizi bildirirsinizsə bu da mümkün olan şey deyil çünkü heç 1 bankın hansısa mağazada nümayəndəliyi və yaxud kassası ola bilməz bu özü qanun pozuntusudur.
    Özünüz qanunları bilmirsiniz amma haqqınızı tələb edirsiniz ???!!!

  2. Elsevər deyir:

    “TEXNO” dan məndə kreditə telefon götürmüşdüm heç bir banka zada getmədim heç nəyə qol çəkmədimç təkcə onu dedilər ki hər ay gətirib bura ödəyərsən. Özləri yazıb-pozub imzaladılar, məndə ödəmədim dedim göstərin hara qol çəkmişəm ki, kredit götürmüşəm? Qorxdular yola verdilər, onsuzda gətirib “TEXNO” ya ödəsəydim heç bilmirəm banka çataceydi yoxsa yox. Zəng edib krediti ödə deyənlər də heç bilinmir bankdan zəng edirdilər yoxsa küçədən. Keyf elə özləri həll edəcəklər.

Şərhinizi yazın