Menu
Geri İrəli

Sumqayıtda bu mağazalarda yararsız məhsullar var- Siyahı

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2014 • Baxış sayı: 1,328 dəfə • Şərh yoxdur

erzaqYararsız məhsullar satışdan çıxarılıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Sumqayıt şəhərində

- 2-ci mikrorayon, N.Nərimanov küçəsi, 46/42 ünvanında Əziz Məmmədova məxsus mağazada;
- 47-ci məhəllə, Koroğlu prospektində Yadulla Paşayevə məxsus “Ülvi” şadlıq evində;
- 45-ci məhəllə, H.Əliyev prospekti, 5/81 ünvanında Azad Cabbarova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın