Menu
Geri İrəli

Sumqayıtda bu yollar bağlı olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 5 May 2014 • Baxış sayı: 745 dəfə • Şərh yoxdur

4657

May ayının 7-də saat 12.00-dan 14.30-dək Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Nəqliyyat vasitələrinin hərəkəti həm paytaxtda, həm də bölgələrdə məhdudlaşdırılacaq.

 

Azərbaycanda mayın 7-dən – 10-dək “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun növbəti yarışları keçiriləcək.

Xeberle.com  xəbər verir ki, yarışla əlaqədar bəzi yollarda hərəkət məhdudlaşdırılacaq. “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar may ayının 7-də saat 12.00-dan 14.30-dək  Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Sumqayıt sürücülərinin nəzərinə çatdırırıq ki,  sözügedən saatlarda  “Səməd Vurğun küşəsi- Azərbaycan prospekti – Heydər Əliyev prospekti – A. Quliyev küçəsi- N. Nərimanov küçəsi – Zülfü Hacıyev küçəsi – Üzeyir Hacıbəyli küçəsi – Zülfü Hacıyev küçəsi – Heydər Əliyev prospekti – Sülh küçəsi – Səməd Vurğun küçəsi” marşrutu üzrə  nəqliyyatın hərəkəti dayandırılacaq.

Göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunması xahiş olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın