Menu
Geri İrəli

Sumqayıtda çağırışçı gənclər hərbi hissələrə yola salınıblar – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Oktyabr 2016 • Baxış sayı: 750 dəfə • Şərh yoxdur

Sumqayıtda yeni istifadəyə verilən Heydər Əliyev Mərkəzində gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib. Mərasim iştirakçıları əvvəlcə Mərkəzin önündə ucalan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla anıblar. Sonra Mərkəzlə tanışlıq olub.

AZƏRTAC xəbər verir ki, mərasim dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinin rəisi, polkovnik Natiq Qarayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, ordu quruculuğunun möhkəmləndirilməsi ilə bağlı görülən işlərdən, qazanılan nailiyyətlərdən danışıb. Əminliklə bildirilib ki, respublikamızın Silahlı Qüvvələrində xidmət etməyə yola düşən gənclər hərbin sirlərinə dərindən yiyələnəcək və Vətənin keşiyində ayıq-sayıq dayanacaqlar.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov, şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov, şəhər Qarabağ Müharibəsi Veteranlar Birliyinin sədri Tərlan Hacızadə və digərləri hərbi xidmətə yola salınan gənclərə uğurlar arzulayıblar. Bildirilib ki, Silahlı Qüvvələrdə xidmət keçən hərbi qulluqçuların, əsgər və zabitlərin sosial müdafiəsi istiqamətində Azərbaycan dövləti tərəfindən zəruri tədbirlər görülür, onlar dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunurlar. Vurğulanıb ki, Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclü ordudur. Natiqlər gənclərə hərbi texnikanın sirlərini mükəmməl öyrənməyi, Vətənin müdafiəsi kimi müqəddəs işdə ayıq-sayıq olmağı tövsiyə ediblər.

Tədbirdə çıxış edən çağırışçılar müstəqil Azərbaycanın əsgəri olmalarından şərəf duyduqlarını, Vətənə sədaqətlə xidmət edəcəklərini və Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bildiriblər.

Sonda çağırışçı gənclər müstəqil Azərbaycanın üçrəngli bayrağını öpərək hərbi hissələrə yola düşüblər.

 Ətrabə Rzayeva

dsc_0014 dsc_0015-1 dsc_0026 dsc_0042-2 dsc_0049-1 dsc_0057 dsc_0067-1 dsc_0089 dsc_0093 dsc_0097 dsc_0104 dsc_0106 dsc_0116 dsc_0133 dsc_0134

Facebook Şərhləndirmə:

Şərhinizi yazın