Menu
Geri İrəli

Sumqayıtda çayxanada qanlı dava – ölən var

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Fevral 2015 • Baxış sayı: 4,088 dəfə • 1 şərh

draka_300512Qəzəblənmiş cinayətkar öz qurbanını “Aygün” şadlıq evinin qarşısında haqlayıb.

Sumqayıtda qətl hadisəsi baş verib. Cinayətin qurbanı yerli sakin 1993-cü il təvəllüdlü Ağayev Kənan Şahin oğlu olub.

sumqayitxeber.com xəbər verir ki, bu barədə Vesti.Az-a Sumqayıt şəhər Polis İdarəsindən bildiriblər.

Məlum olub ki, bu gün səhər saat 9 radələrində şəhər xəstəxanasında Ağayev aldığı bıçaq yaralarından dünyasını dəyişib. Fakt üzrə şübhəli bilənən şəxs həbs edilib. Bu, Sumqayıt şəhər sakini 1989-cu il təvəllüdlü Cəfərov Elnur Müzəffər oğludur.

İlkin məlumata əsasən mübahisə 3-cü polis bölməsinin ərazisində yerləşən çayxanada baş verib. İki gənc arasında çayxanada mübahisə başlayıb, sonradan bu mübahisə bıçağa əl atmaqla nəticələnən davaya çevrilib. Bu zaman Ağayev işə qarışaraq dava edənləri ayırmaq istəyib.

Ağayevi görən dava salanlardan biri əlverişli andan istifadə edərək bıçaq zərbəsindən yayınaraq hadisə yerindən qaçıb. Amma bıçaqla silahlanan şəxs qəzəbini Ağayevə töküb. Ağayev bir anlıq cinayətkardan yayınıb, amma qəzəblənmiş cinayətkar öz qurbanını 9-cu mikrorayon ərazisində “Aygün” şadlıq evinin qarşısında haqlayıb və ona bir neçə bıçaq zərbəsi endirib.

Törətdiyi əməldən sonra cinayətkar hadisə yerindən qaçıb.

Qeyd edək ki, ona qarşı heç bir həbs-qətimkan tədbiri görülməyib.

Facebook Şərhləndirmə:

“Sumqayıtda çayxanada qanlı dava – ölən var” yazısına bir cavab

  1. Terlan deyir:

    Indi kime baxirsan belinde silah. Ayibdi bizlercun. 2000 tevelludlu uwaqin razborkaya godbib abiznazvac pakazad sozun iwledir. Allaha and olsun biz o yawd cijik oynuyurduq

Şərhinizi yazın