Menu
Geri İrəli

Sumqayıtda cüdo üzrə birinciliyə yekun vuruldu

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Yanvar 2014 • Baxış sayı: 941 dəfə • Şərh yoxdur

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo üzrə 2000-2002-ci il təvəllüdlü yeniyetmə oğlan və qızlar arasında Sumqayıt şəhər birinciliyinə yekun vurulub.

Bu barədə “Zaman-Azərbaycan”a məlumat verən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Mail Hümbətov məlumat verib. Onun sözlərinə görə, gərgin idman mübarizəsi şəraitində iki gün davam edən yarışda şəhər cüdoçuları Nəzrin Quliyeva (28kq), Sevda Vəliyeva (32kq), Kifayət Əsədova (36kq), Şəhanə Hacıyeva (40kq), Əsmər Məmmədova (48kq), Suzanna Əzizzadə (52kq) və Kamilla Həbibullayeva (+52kq) qızlar arasında, Şirin Şirəliyev (30kq), Mirağa Hacıyev (34kq), Orxan Cavadlı (38kq), Ağami Əlizadə (42kq), Vüsal İbrahimov (46kq), Nicat İsmayılov (50kq), Tofiq Rzayev (55kq), Sabir İsmayılov (60kq), Toğrul Salmanov (66kq) və Niyal Əzizov (+66kq) oğlanlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif edilib.

Nıcat Xidirli, zaman.azcido

Facebook Şərhləndirmə:

Şərhinizi yazın