Menu
Geri İrəli

Sumqayıtda dəhşətli partlayış – xeyli sayda ölənlərin olduğu bildirilir (YENİLƏNİR)

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Sentyabr 2012 • Baxış sayı: 130 dəfə • Şərh yoxdur
 Hadisə Sumqayıt şəhərindən “İnşaatçılar” qəsəbəsi ərazisində baş verib. Hadisə yerində olan müxbirimizin verdiyi məlumata görə, 25-dən çox insanın öldüyü bildirilir.
Qeyd edək ki, zavod Cümşüd adlı işadamına məxsusdur. Zavodda kimyəvi tərkibli məhsullar istehsal olunur.
17:43
Hazırda əraziyə 14 yanğınsöndürmə briqadası cəlb olunub. Lakin partlayışın baş verdiyi ərazidə yanğını söndürmək mümkün olmayıb. Yanğının yaxınlıqdakı xammal emalı zavoduna keçməsi ehtiyat edilir. Rəsmilərin Publika.Az-ın əməkdaşına bildirdiyi məlumata görə, həmin zavod qazla işləyir. Əgər yanğının qarşısı alına bilməsə bu böyük bir fəalkətə səbəb ola bilər.
17:53
Yanğın ətrafdakı xammal ambarlarına keçib. Ən son məlumata görə, bu dəqiqələrdə ərazidə bir neçə güclü partlayış baş verib. Partlayışın gücündən yanğınsöndürənlər və ətrafdakı insanlar ərazidən qaçmağa başlayıb. Bu zaman bir neçə nəfər xəsarət alıb. Hadisə zamanı zavodun içərisində olan 25 nəfərdən çox işçinin həyatı ilə bağlı heç bir məlumat yoxdur.
Şahidlərin sözlərinə görə qara tüstü şəhəri bürüyüb. Əfsələddin Ağalarov Nizam,   publika.az
Facebook Şərhləndirmə:

Şərhinizi yazın