Menu
Geri İrəli

Sumqayıtda dəhşətli qəza: 6 nəfər öldü, yaralılar var

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Dekabr 2012 • Baxış sayı: 156 dəfə • Şərh yoxdur

Bu gün saat 4:00 radələrində Sumqayıt şəhəri ərazisində dəhşətli hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakinləri Qorxmaz Niftəliyevin idarə etdiyi “VAZ-2107″ markalı və Gündüz Cəlilovun idarə etdiyi “Mercedes E-200″ markalı avtomaşınlar toqquşub.

Nəticədə Q.Niftəliyev və sərnişiləri – Bakı şəhər sakinləri Rövşən Mürşüdov, Sakit Şəmsəddinov və 25-30 yaşlı 2 kişi, habelə G.Cəlilovun 30-35 yaşlı qadın sərnişini hadisə yerində ölüb, xəsarət almış G.Cəlilov və digər sərnişinləri – Rusiya Federasiyası vətəndaşları Xədicə Əhmədova və Asiyaq Azayeva xəstəxanaya yerləşdiriliblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın