Menu
Geri İrəli

Sumqayıtda da avtobusların yolu dəyişdirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2015 • Baxış sayı: 2,102 dəfə • Şərh yoxdur

Bakı – Sumqayıt elektrik qatarının istismara verilməsi ilə əlaqədar Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti Sumqayıt şəhərində sərnişindaşıma xidmətlərinin yüksək səviyyədə təşkili məqsədilə operativ tədbirlər həyata keçirib. Belə ki, tərtib olunmuş proqram əsasında Dəmiryolu yaxınlığından keçən şəhərdaxili marşrutların bir neçəsinin hərəkət sxemində dəyişikliklər olunub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəsindən AzVision.az-a verilən məlumata görə, Sumqayıt şəhərində Koroğlu prospekti ilə hərəkət edən 5, 7, 7a, 10, 25, 30 və 39 saylı marşrut avtobusları Üzeyir Hacıbəyli küçəsindən Dəmiryolu stansiyasına dönərək sərnişinlərin daşınmasını təmin edəcək.

Sərnişinlər rahat və maneəsiz, vaxt itirmədən Dəmiryolu stansiyasına gələ biləcəklər. Həmçinin, hazırda bu ərazidə avtobusların dayanacaq yerləri üçün xüsusi ciblər və sərnişinlər üçün piyada keçidləri çəkilir. Sərnişinlərə nümunəvi xidmət göstərmək məqsədilə Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən mütəmadi olaraq bu kimi tədbirlər həyata keçiriliməkdədir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın