Menu
Geri İrəli

Sumqayıtda da “Dənizə bir qərənfil ataq” aksiyası keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Dekabr 2015 • Baxış sayı: 1,277 dəfə • Şərh yoxdur

sumqayitxeber.com xəbər verir ki, bu gün Sumqayıt şəhərində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərin xatirəsi anılıb.

Sumqayıt Dövlət Texniki Kollecinin tələbələri və müəllimləri aksiyada iştirak edib. Aksiya iştirakçıları dənizə qərənfillər atıblar.
Qeyd edək ki, dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.
Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub. Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb.

sum-aksiya43

 

sum-aksiya
sum-aksiya34

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın