Menu
Geri İrəli

Sumqayıtda daha bir nümunəvi məhəllənin açılışı oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyun 2014 • Baxış sayı: 812 dəfə • 1 şərh
Share Button

Sumqayıtda nümunəvi məhəllənin açılışı olmuşdur

 numunevi5Bu gün respublikamızın hər bir bölgəsində aparılan geniş abadlıq-quruculuq işləri, Sumqayıtda da sürətli templərlə həyata keçirilir. Şəhərin küçə və prospektlərində, parklarda, məhəllədaxili ərazilərdə geniş şəkildə yenidənqurma işləri aparılır.

09 iyun 2014-cü ildə Sumqayıt şəhər 34-cü məhəllədə Nümunəvi  məhəllənin açılışı olmuş və daha sonra vətəndaşlarla “Açıq mikrofon” dialoqu təşkil edilmişdir. Tədbirdə şəhər rəhbərliyi, idarə, müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və mikrorayon sakinləri  iştirak etmişdir. Nümunəvi məhəllədə yeni müasir standartlara cavab verən futbol meydançası və uşaq meydançası tikilmişdir. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılmış, qazonlar salınmış, daxili yolların asfalt örtüyü yenilənmişdir. Açılış mərasimindən sonra sakinlərlə şəhər rəhbərliyi arasında açıq mikrofon təşkil olunmuşdur. Açıq mikrofonda məhəllə sakinləri ökədə və şəhərdə aparılan abadlıq-qurucluq işlərinə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər. Minlərlə insanın iştirak etdiyi tədbirdə sakinlər Sumqayıt şəhər rəhbərliyinə onları maraqlandıran bir çox suallar ünvanlanmış, təkliflər vermiş və problemlər qaldırmışlar. Qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilmiş, digər problemlərlə bağlı şəhər rəhbərliyi tərəfindən aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir. Daha sonra tədbir konsert proqramı ilə davam etmişdir.

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda daha bir nümunəvi məhəllənin açılışı oldu” yazısına bir cavab

  1. Əhməd deyir:

    Bu qurama şoular nəyə lazımdır. Yolun bu üzü aerokassanın arxasında bir balaca yağış yağan kimi evə qayıqla girməyə məcburdur, insanlar. Buna niyə əncam cəkilmir?

Şərhinizi yazın