Menu
Geri İrəli

Sumqayıtda daha iki marketdə saxlama müddəti ötmüş mallar aşkarlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Sentyabr 2014 • Baxış sayı: 636 dəfə • Şərh yoxdur
Share Button

erzaqİqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

 

Sumqayıt şəhərində  42-ci məhəllə, ev 13 ünvanında Ceyrun Əliməmmədova məxsus mağazada və 45-ci məhəllə, C.Cabbarlı küçəsində Sevinc Mirzəyevaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan mallar aşkarlanıb.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın