Menu
Geri İrəli

Sumqayıtda dəhşət: Bir ailənin iki üzvü həlak olub

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyul 2014 • Baxış sayı: 1,048 dəfə • Şərh yoxdur

qeza_zerdabFaktla bağlı araşdırma aparılır.

Sumqayıtda ağır yol qəzası baş verib.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün gecə saatlarında qeydə alınıb.

Qəza zamanı Bakı şəhər sakini Emil Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobil aşıb. Nəticədə avtomobildə olan sürücünün anası Sevinc Abdullayeva və qardaşının həyat yoldaşı Nişanə Abdullayeva hadisə yerində ölüblər.

Sürücünün özü və qardaşı Hümbət Abdullayev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.\

Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın