Menu
Geri İrəli

Sumqayıtda dəhşət: – dəzgahın arasında qalıb can verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Noyabr 2015 • Baxış sayı: 1,426 dəfə • Şərh yoxdur

xestexanaFövqəladə Hallar Nazirliyi Sumqayıtda baş vermiş dəhşətli hadisə ilə bağlı məlumat yayıb.

ATV.az nazirliyin saytına istinadən xəbər verir ki, bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində plastik qab istehsal edən sexin dəzgahının arasında bir nəfərin sıxılıb qalması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə baxış keçirərkən məlum olub ki, 1992-ci il təvəllüdlü Şirinov Nurlan Mehman oğlu dəzgahın arasında sıxılmış vəziyyətdə qalaraq vəfat edib.

Xilasedicilər cəsədi çıxarıb aidiyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 13:30- da başa çatıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın