Menu
Geri İrəli

Sumqayıtda dəhşətli qəza:ölən və yaralananlar var

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Yanvar 2016 • Baxış sayı: 6,570 dəfə • 2 şərh

xestexanaFaktla bağlı cinayət işi açılıb

Sumqayıtda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Sumqayıtın Heydər Əliyev prospektində “VAZ 21015″ və “Geely” markalı iki minik avtomobili toqquşub. Nəticədə “VAZ 21015″də olan sərnişinlərdən 1991-ci il təvəllüdlü Orucov Vüsal İlqar oğlu aldığı xəsarətlərdən vəfat edib. Sürücü, 1990-cı il təvəllüdlü Bağırov Siyasət Ədalət oğlu, sərnişinlər – 1993-cü il təvəllüdlü Rzayeva Aynurə Camal qızı, 1990-cı il təvəllüdlü Orucov Vüqar İlqar oğlu və onun həyat yoldaşı Orucova Tutu Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, avtomobildə olan şəxslər bir ailənin üzvü olub. Onlar ad günü şənliyindən evə qayıdırmış.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

12208837_1178035535545001_8745889463278918431_nVüsal Orucov

Facebook Şərhləndirmə:

“Sumqayıtda dəhşətli qəza:ölən və yaralananlar var” yazısına 2 cavab

  1. XURAMAN deyir:

    Allah Vüsalı cənnətə qovuşdursun.hər ikisinin ailə üzvlərinə səbr diləyirəm.Xəstələrimə ALLAHDAN şəfa diləyirəm.Allah tala Tutu balamızı da tezliklə övladıana qovuşdursun heş kim anasız böyüməsin,hamıdan bu xəstələrimizə dua eləməyi arzulayiram.AMİN İNŞALLAH TEZLİKLƏ ŞAD XƏBƏR EŞİDƏK.ƏDALƏT DAYI HAMINIZI SƏBİRLİ OLMAĞA ÇAĞIRIRIQ,bu qəzaya düşənlər tək sizin yox həm də bütün azərbaycanın balasıdır.

  2. Lalə Hüseynova deyir:

    Allah rehmet elesin Vüsal sene. Yaralılara tezliklə sağalmaq arzu edirəm. Valideynlere çoxlu sebr isteyirem. Ağır derddir. Ancaq nə etmək olar? Derd ne qeder böyük de olsa, Allahdan böyük deyil. Gelin hamımız her gün dua edək onlara.

Şərhinizi yazın