Menu
Geri İrəli

Sumqayıtda dəhşətli yol qəzası

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyul 2014 • Baxış sayı: 1,304 dəfə • Şərh yoxdur

qeza-mersedesƏks yola çıxan sürücü ağır qəza törədib, bir nəfər ölüb, beş nəfər isə ağır xəsarət alıb.

Ağır qəza gecə Sumqayıtda olub. Şəhərin Səməd Vurğun və Nizami küçəsinin kəsişməsində yüksək sürətlə harəkətdə olan minik avtomobili başqa bir avtomobillə toqquşub. Şahidlərin sözlərinə görə, hadisəyə birinci avtomobilin qəflətən digərinin qarşısına çıxması səbəb olub.

Qəza nəticəsində hadisəyə səbəb olan sürücü 40 yaşlı Zülal Hacıyev aldığı zərbədən elə yerindəcə keçinib. Avtomobillərdə olan digər 5 nəfər ağır vəziyyətdə xəstəxanaya aparılıblar. Onlarında bəzilərinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalar aparılır.xezerxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın