Menu
Geri İrəli

Sumqayıtda direktor müəllimləri gizli kameraya çəkir?

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Aprel 2015 • Baxış sayı: 935 dəfə • Şərh yoxdur

gizli cekimSumqayıt şəhərində yerləşən 9 nömrəli tam orta məktəbin müəllimləri redaksiyamıza məktub ünvanlayıblar.

Təhsil işçiləri məktəbin direktoru Bəhruz Səlimxanovdan şikayətçi olduqlarını qeyd edirlər. “O, təyin olunduğu gündən etibarən müəllimləri və şagirdlərə qarşı kobudluq edir, valideynlər arasında anlaşılmazlıq yaradır”,- deyə müəllimlər şikayətlənirlər.

Müəllimlərin bildirdiyinə görə, gənc direktor işçilərin fəaliyyətini izləmək üçün müəllimlər otağına kameralar quraşdırıb.

Bununla bağlı AzVision.az-a açıqlama verən məktəb direktoru isə deyilənləri təkzib etdi: `Tamamilə absurd, yalan sözlərdir. Biz müəllimlər ilə həmişə etik qaydalara uyğun danışırıq. Təyin olunduğum gündən müəllimlər ilə həmişə münasibətimiz mədəni şəkildə formalaşıb, şagirdlərlə də həmçinin intizam qaydalarına uyğun olaraq davranmışıq. Biz təmiz əllərlə işləyirik. Monitorinqlər bütün respublika ərazisində aparılır. Kameralar isə müəllimlər otağında yox, dəhlizlərdə və sinif otaqlarında mərhəlili şəkildə yavaş-yavaş quraşdırlır. İndiyə qədər 5 kamera quraşdırmışıq. İstəyirik ki, təhlükəsizliyi qorumaq məqsədilə çox yerdə quraşdıraq. Müəllimlər otağında qoyulması da yaxşı hal ola bilərdi. Jurnalların və başqa əşyaların itməməsi üçün bunu etmək istəyirik`.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın