Menu
Geri İrəli

Sumqayıtda direktorlar müsabiqə yolu ilə seçiləcək – ƏMR

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Yanvar 2016 • Baxış sayı: 1,046 dəfə • 1 şərh
Share Button

mikayilTəhsil naziri Mikayıl Cabbarov “Ümumi təhsil müəssisələri rəhbərlərinin hazırlanması və seçimi üzrə müsabiqənin keçirilməsi barədə” əmr imzalayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yeni əmrə əsasən, Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Xızı, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonlarında ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinin tutulmasının müsabiqə yolu ilə həyata keçirilməsi qərara alınıb.

Yeni müsabiqə mexanizminin tətbiqi sayəsində 2016-cı ilin yanvar ayından Sumqayıt və Gəncə şəhərlərində qeyd edilən şəhər və rayonlar üzrə məktəb rəhbərlərinin hazırlanması üzrə təlimlər təşkil olunacaq.

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda direktorlar müsabiqə yolu ilə seçiləcək – ƏMR” yazısına bir cavab

  1. Solmaz Cahangirova deyir:

    Hörmətli Mikayıl müəllim,müsabiqə ən gözəlbir üsuldur.Direktor olası şəxsin yüksək mənəvi-əxlaqi keyfiyyətləri olmalıdır.Rüşvətə əxlaqsızlıq, tərbiyəsizlik kimi baxan , əsl insan , əsl pedaqoq olmalıdır.Sumqayıt şəhər M. MÜŞFİQ sdına 34 saylı məktəbə təyin etdiyiniz direktor Bayaz Novruzova rüşvəti mənən əxlaqsızlıq kimi qiymətləndirdi və ıəğv etdi.İndi dərs bölgüsü, dərs cədvəli qanunauyğun və ədalətli qurulur.Buna görə ağbirçək müəllim kimi kollektivimiz adından Sizə minnətdarıq.

Şərhinizi yazın