Menu
Geri İrəli

Sumqayıtda doğuş zamanı komaya düşən ananın vəziyyəti ağır olaraq qalır

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyun 2014 • Baxış sayı: 710 dəfə • Şərh yoxdur
Share Button

Xestexanaya-dushenAprel ayında Sumqayıtda ölü uşaq doğduqdan sonra komaya düşən Aynurə Abbasovanın vəziyyəti ağır olaraq qalır. Qadın hələ də komadan ayılmayıb. Həkimlər isə günü-gündən xəstənin həyata qayıdacaqlarına ümidlərin azaldığını deyirlə.
Bu barədə ANS PRESS-ə xəstəxanın anası Fatimə Əliyeva göz yaşları içərisində bildirib. Onun sözlərinə görə, həkim səhlənkarlığı üzündən 28 yaşlı Aynurə Abbasova bədbəxt olub.

“Qızımın ikinci hamiləliyi idi. Bir oğlu var. İkinci dəfə hamilə olarkən Sumqayıt şəhəri 2 saylı doğum evinə apardıq. Aprel ayının 18-də doğuma girdi. Oğlan uşağı olacaqdı. Lakin doğuş zamanı çətinlik yaranıb. Həkimlərin dediklərinə görə, Aynurənin zülalı artıb, təzyiqi qalxıb. Uşaq ölü doğuldu. Ona iynə vurublar. Bundan sonra Aynurə komaya düşüb”.

Qadın deyir ki, ilk günlər xəstənin normal həyata qayıdacağına az da olsa ümid olub. Lakin sonradan onun vəziyyəti daha da kəskinləşib. Bu səbəbdən Aynurə Abbasovanı Bakıya, Respublika Xəstəxanasına aparıblar. Burada qadın reanimasiya şöbəsinə yerləşdirilib. Oranın həkimləri çalışsalar da, xəstənin vəziyyəti düzəlməyib. İndi çarəsiz qalan ailə Aynurə Abbasovanı yenidən Sumqayıta qaytarmağa məcburdur.

“Göz görə-görə balam əlimdən gedir. İki aydır əsir-yesir olmuşuq. Həkimlər də sağ olsunlar, çalışırlar. Amma Aynurənin vəziyyəti yaxşılaşmır. Artıq həkimlər də ümidlərini itirib. Deyirlər ki, aparın evə. Onun ayılması real deyil”.

Məsələ ilə əlaqədar Sumqayıt şəhəri 2 saylı doğum evilə əlaqə saxladıq. Doğum evindən hadisə barədə suallarımıza cavab verən tapılmadı.
Aynurə Abbasovanın vəziyyətini öyrənmək üçün Respublika Klinik Xəstəxanasına müraciət etdik. Xəstəxananın reanimotoloqu Vidadi Həsənov ANS PRESS-ə açıqlamasında bildirdi ki, A.Abbasovanın vəziyyəti ağır stabil olaraq qalır. Onun sözlərinə görə, ehtimal olunur ki, A.Abbasovanın beyin toxumaları ölüb və komadan ayılması yalnız möcüzə ola bilər.

“Tərəfimizdən bütün tədbirlər həyata keçirilir. Xəstənin ayılması üçün əlimizdən gələni etsək də, bütün cəhdlərimiz nəticəsiz qalıb. Adətən belə xəstələrin nə zaman ayılacağı da sual altındadır. Əgər komadan ayılsa belə, onun normal həyata qayıtması da möcüzə olar. Hələlik ümidverən bir şey yoxdur”.

Xatırladaq ki, 28 yaşlı Aynurə Abbasova aprelin 15-də Sumqayıt şəhər 2 saylı doğum evinə gətirilib. A.Abbasova ölü doğuşdan sonra komaya düşüb. 20 gündən artıq belə vəziyyətdə qaldıqdan sonra ananın vəziyyəti ağır olduğu üçün Bakıya göndərilmişdi.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın