Menu
Geri İrəli

Sumqayıtda doqquz ayın yekunları müzakirə edilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Oktyabr 2016 • Baxış sayı: 3,665 dəfə • 4 şərh


dsc_0146

Sumqayıtda  9 ayda mühüm, genişmiqyaslı infrosturuktur layihələr həyata keçirilib, bütün tapşırıqlar vaxtnda və keyfiyyətlə icra olunub.

Sumqayıt şəhərində  Nazirlər Kabinetinin 2016-cı ilin  9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş  iclasından irəli gələn məsələlər və qarşıda duran vəzifələr müzakirə olunub. 9 ayda Sumqayıtda mühüm, genişmiqyaslı infrosturuktur layihələr həyata keçirilib, bütün tapşırıqlar vaxtnda və keyfiyyətlə icra olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə yenicə təmirdən cıxan Hüseyn Ərəblinski adına Sumqayıt Dövlər Dram Teatrın konfrans zalında kecən hesabat yığncağında Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məlumat verib. Qeyd edili ki, hesabat dövrü Sumqayıt şəhəri üçün də uğurlu olub, insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldilmiş bir çox infrastruktur layihələr, abadlıq və quruculuq işləri həyata keçirilib, yeni iş yerləri açılıb.

Sənaye məhsulunun istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 78  faiz artaraq 543,9  milyon manat olub. Hesabat dövründə ümumdaxili məhsul istehsalı xidmətlərin həcmi 837,3 milyon manat təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 258,2 milyon manat və 44,6 faiz çox məhsul istehsal olunub. Ümumdaxili məhsulun istehsalında qeyri-dövlət sektorunun payı 80 faizi ötüb. İlin əvvəlindən şəhər üzrə bütün maliyyə mənbələri hesabına ayrı ayrı sahələrin inkişafına 600 milyon manat vəsait yönəldilib. Həyata keçirilən tədbirlər nəticəsində 6132  yeni iş yerləri açılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çox olub.

Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yerlərdə yeni iş yerlərinin, istehsal sahələrinin ixracyönümlü istehsalın yaradılması yerli İcra hakimiyyətlərinin qarşısına bir vəzifə olaraq qoyulub. Regionların sosial iqtisadi inkişafına böyük diqqət yetirən prezident İlham Əliyevin hərtərəfli qayğısı sayəsində rüb ərzində Sumqayıtda əsaslı və kompleks yenidənqurma işləri görülüb. Heydər Əliyev və Azərbaycan küçələrində yerləşən, memarlıq baxımından xüsusi əhəmiyyət kəsb edən yaşayış binalarının fasadları və eyvanları da yüksək zövqlə üzlənib. Heydər Əliyev Mərkəzi , Şahmat və Musiqi Məktəbi ölkə başçısnın iştirakı ilə istifadəyə verilib. Ulu öndərin adını daşıyan parkda da yenidən qurma işləri aparılıb, ərazisi 8 hektardan 10 hektara artılıb. Parkda 200 dən çox müasir işıq dirəkləri, oturacaqlar quraşdırılıb, ağac və gül kolları əkilib, Bayraq Meydanı tikilib.

Rüb ərzində şəhərdə yol nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində kompleks tədbirlər davam etdirilib. Sülh küçəsi boyunca “Göyərçin” abidəsinə doğru ümumi uzunluğu 5,2 kilometr olan ikitərəfli yol və Corat qəsəbəsindən Novxanı istiqamətində uzunluğu 7,5  km  olan Sahil küçəsində də yenidənqurma işləri yekunlaşıb, hər iki yolun ətrafı abadlaşdırılıb. Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıtın yeni Dənizkənarı Bulvar sakinlərin istifadəsinə verilib.

Hesabat dövründə əhaliyə elektrik enerjisi, su, təbii qaz verilməsi və digər kommunal xidmətlərin göstərilməsinin daha da yaxşılaşdırılması, payız-qış mövsümündə əvvəlki illərdə narahatlıq yaradan problemlərin həlli istiqamətində bir sıra zəruri  tədbirlər həyata keçirilib.Yığıncaqda təhsil, səhiyyə, sənaye sahələrindəki vəziyyət ətraflı təhlil edilib.

Məruzə və çıxışlarda qazanılmış uğurlardan, həyata keçirilən layihələrdən ətraflı söhbət açılıb, işdə yol verilən nöqsanlar təhlil edilib, mövcud problemlərlə bağlı təkliflər səsləndirilib.

Hesabat yığıncağının sonunda Prezident İlham Əliyevə müraciət qəbul olunub.

dsc_0188

dsc_0162-1

 dsc_0103

dsc_0212

 

dsc_0001 dsc_0002-2 dsc_0020-2 dsc_0033 dsc_0038
img_7023

dsc_0060 dsc_0068 dsc_0074
dsc_0110-1 dsc_0124 dsc_0126
dsc_0180 dsc_0186
dsc_0216 dsc_0225

dsc_0042-1

dsc_0085

 

dsc_0046

dsc_0045

 

 

 

Facebook Şərhləndirmə:

“Sumqayıtda doqquz ayın yekunları müzakirə edilib – FOTOLAR” yazısına 4 cavab

  1. Reyhan deyir:

    Son zamanlar həqiqətən də çox böyük işlər görülür. Şəhərin hər bir yerində yenilikləri görmək mümkündür. Ancaq yaxşı olardı ki, bəzi binaların üzərində dam örtükləri sökülüb hələ də vurulmayıb, evləri su basır. Bu işləri tezləşdirərdilər.

  2. Kamran Eliyev deyir:

    Son 8-9 ay ərzində çox işlər görüldü. Zakir müəllim 5-6 il öncə şəhərimizə rəhbərlik etsəydi mən əminəm ki, indi bu gün qarşılaşdığımız problemlərin heç biri olmazdı. Bəzi məmurlar öz işlərinə məsuliyyətli yanaşsalar, şəhərdə problemləri qısa müddətdə aradan qaldırmaq olar. Zakir müəllimə uğurlar arzulayıram!

  3. Fidan deyir:

    Axır ki, Sumqayıtda da belə konfrans zalı yaradıldı. Görəsən burda tədbirlər keçirmək olar?

  4. Ayka deyir:

    Həqiqətən Sumqayıt şəhərində çox böyük işlər görülüb. Buna görə Zakir müəllimə dərin təşəkkürümü bildirirəm. 1 il ərzində bu qədər iş görmək hər insanın işi deyil. 10 il ərzində görüləcək işləri 1 il ərzində gördü. Halal olsun! Allah Sizə can saqliqi və səbr versin ki, bundan sonra da böyük işlər görəsiniz. Artıq Sumqayıt ın bulvarı Bakının bulvarından da gözəl görünür.

Şərhinizi yazın