Menu
Geri İrəli

Sumqayıtda dostlarla futbol həyəcanı yaşa

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Fevral 2015 • Baxış sayı: 663 dəfə • Şərh yoxdur

Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib və hər ikisi heç-heçə ilə bitib.

Son Fransa çempionu PSJ öz meydanında “Çelsi”ni qəbul edib. Görüşdə qapılara iki qol vurulub – 1:1. Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasının 1/4 finalında üz-üzə gələn komandaların duelində “Çelsi” qalib gələrək yarımfinala yüksəlib.
Günün digər qarşılaşması Ukraynada keçirilib. Burada yerli “Şaxtyor” Almaniya nəhəngi “Bavariya”nı sınağa çəkib. Bu qarşılaşmada isə azarkeşlər qol izləməyiblər.
Qeyd edək ki, 1/8 finalın digər iki qarşılaşması bu gün, qalan 4 oyunu isə 24-25 fevral tarixlərində keçiriləcək.

Sumqayıtlı futbol həvəskarları Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarını “BQ VİP Cinema”da izləyə bilərlər. 

Əla görüntülü və mükəmməl səs effektləri sizi stadionda hiss etdirəcək!

Ünvan: Azərbaycan prospekti 1 (2-ci məhəllə, Nəsimi heykəlinin yanı).

Əlaqə tel: 0772773501

ciema

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın