Menu
Geri İrəli

Sumqayıtda dövlət müstəqilliyinin 25-ci ildönümünü təntənəli şəkildə qeyd olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Oktyabr 2016 • Baxış sayı: 1,682 dəfə • 5 şərh
Share Button

dsc_0077

Oktyabrın 18-də Sumqayıt şəhərində Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə ümumşəhər bayram tədbiri keçirilib.

 ”Qərb Saray”-da keçirilən bayram tədbirini giriş sözü ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov açaraq Azərbaycanın müstəqillik qazanmasının 25-ci ildönümü münasibəti ilə şəhər sakinlərini və xalqımızı təbrik edib.

Azərbaycanın keçdiyi çətin, lakin şərəfli müstəqillik yolundan, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən danışılıb.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilib. Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramları çərçivəsində böyük nailiyyətlər əldə edilmişdir. Aparılan abadlıq və quruculuq işləri sayəsində bu gün Sumqayıt yeni görkəm almaqdadır. Son illər ölkəmizdə, regionlarda görülmüş işləri, qazanılmış uğurları Sumqayıtın timsalında əyani şəkildə görürük.

Bayram tədbirində Azərbaycan Respublikası Prezidentinin 4 Oktyabr  2016-cı il tarixli sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, “Əməkdar mühəndis”, “Əməkdar həkim”, “Əməkdar jurnalist”, “Əməkdar müəllim”, “Əməkdar artist”, “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına  və “Tərəqqi” medalına layiq görülmüş şəhər sakinlərinə mükafatlar təqdim olunub.

Bayram tədbirində respublikanın tanınmış incəsənət ustalarının ifasında mahnılar səsləndirilib.

dsc_0073-1

 dsc_0032-1 dsc_0033 dsc_0040 dsc_0069

dsc_0103 dsc_0109 dsc_0112-1 dsc_0123 dsc_0260 dsc_0272 dsc_0320 dsc_0323 dsc_0328dsc_0357 dsc_0392 dsc_0405 dsc_0430 dsc_0433 dsc_0479-1 dsc_0487 dsc_0501 dsc_0526 dsc_0530 dsc_0532 dsc_0533 dsc_0554

dsc_0001

dsc_0003-1

 

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda dövlət müstəqilliyinin 25-ci ildönümünü təntənəli şəkildə qeyd olundu” yazısına 5 cavab

  1. Turkan deyir:

    Şəhərimlə, Sumqayıtlılarla fəxr edirəm!

  2. Camal deyir:

    Sumqayıtda ilk dəfədir ki, müstəqillik günü belə təm təraqlı, gözəl keçir. Həqiqətən əsl bayram ab-havası var. Çox sağ olsun Zakir müəllim, şəhərimizdə insanların əhval-ruhiyyəsini, həmrəyliyini özünə qaytardı.

  3. Xaliq Suleymanov deyir:

    Zakir muellim Sumqayit ucun cox isler gordu. Allah can saqliqi versin daha boyuk isler gorsun seherimiz ucun.

  4. Orxan deyir:

    Sumqayıt üçün çox darıxmışam. 2 ildir ki, təhsilimlə bağlı xaricdəyəm. Saytlardan, facebookdakı paylaşımlardan gördüyüm odur ki, şəhərimiz çox dəyişib.
    Bir müddətdir ki, şəhərimizin yalnız xoş sədasını eşidirik. Həqiqətən çox xoşdur.
    Zakir müəllimə uğurlar arzulayıram. Yorulmayasınız

  5. Solmaz Cahangirova deyir:

    Heyif ki, Zakir müəllimin haqqında çox təhqiramiz sözlər deyən ,çox səviyyısiz, intizamsız,peşəsini bilməyən, kollektivdə nüfuzu olmayan bir xanımciyəzə Fəxri fərman verdirib onunla şəkil çəkdirməklə tragikomik hədəfə çevrilən direktor da var imiş, çox təəssüf,

Şərhinizi yazın