Menu
Geri İrəli

Sumqayıtda dövlət qulluqçularının peşə bayramı qeyd olundu – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyun 2016 • Baxış sayı: 1,112 dəfə • 1 şərh
Share Button

Sumqayıt Şəhər icra Hakimiyyətində 23 iyun – Dövlət Qulluqçularının peşə bayramı qeyd olunub.

DSC_0022

Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafı proseslərinə ümummilli lider Heydər Əliyevin xidmətlərini xatırladan icra başçısı bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, Dövlət qulluqçularının peşə bayramı münasibətilə Azərbaycan Prezidentinin Sərəncamı ilə Sumqayıt şəhər icra hakimiyyətinin  sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Hacıyeva Təranə Sabir qızı “Tərəqqi”, vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun məsləhətçisi Şəfiyeva Sevil Həsən qızı isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinəgörə bir qrup dövlət qulluqçusuna şəhər icra hakimiyyətinin fəxri fərmanları  təqdim edilib.

DSC_0012

DSC_0090

DSC_0073

 

 

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda dövlət qulluqçularının peşə bayramı qeyd olundu – FOTOLAR” yazısına bir cavab

  1. Samir deyir:

    Allah Zakir müəllimə can sağlığı versin!
    Gənc, peşəkar, işini bilən insanları önə çəkir, peşəkar bir komanda ilə şəhərimizi inkişaf etdirir! Bu yolda uğurlar arzulayılram!

Şərhinizi yazın