Menu
Geri İrəli

Sumqayıtda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Dekabr 2016 • Baxış sayı: 2,273 dəfə • 1 şərh

dsc_0064

Dekabrın 29-da Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə bayram tədbiri keçirilib.

Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək şəhər sakinlərini və tədbir iştirakçılarını xalqımızın birlik və mütəşəkkilliyinin, milli təəssübkeş və vətənə sədaqətinin rəmzi olan “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixindən və onun əhəmiyyətindən, əlamətdar gün ilə bağlı Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.

Şəhər rəhbəri Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanda bütün sahələrdə davamlı tərəqqinin təmin edildiyini bildirib. 2016-cı ilin Sumqaylt şəhəri üçün də uğurlu olduğunu vurğulayıb.

2016-cı ildə Sumqayıt şəhərində həyata keçirilən layihələr, görülən işlərlə bağlı hazırlanmış film nümayiş olunub.

Şəhərin sosial iqtisadi həyatında səmərəli fəaliyyətinə görə fərqlənənlərə Sumqayıt şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunub.

Bayram şənliyində respublikanın tanınmış incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Tədbir iştirakçılarına bayram süfrəsi açılıb. Sonda Sumqayıt bulvarında atəşfəşanlıq olub.

dsc_0039dsc_0059 dsc_0061
dsc_0068-1 dsc_0083

dsc_0114 dsc_0088 dsc_0112
dsc_0146 dsc_0161 dsc_0193 dsc_0213 dsc_0223 dsc_0259 dsc_0260 dsc_0267 dsc_0306 dsc_0311 dsc_0327 dsc_0335 dsc_0342 dsc_0344 dsc_0377-1 dsc_0377-2

 

 

Facebook Şərhləndirmə:

“Sumqayıtda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub – FOTOLAR” yazısına bir cavab

  1. niyaz muellim deyir:

    Butun xalqimiz hemrey ola ola Yeni ile qovusdu.Dovletimiz ucun yeni bir ugurlu il olsun.

Şərhinizi yazın