Menu
Geri İrəli

Sumqayıtda dünya standartlarına cavab verən stadionun açılışından maraqlı anlar – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Sentyabr 2013 • Baxış sayı: 142 dəfə • Şərh yoxdur

 UEFA-nın prezidenti Mişel Platini Sumqayıtda yeni stadionun açılış mərasimində iştirak etmişdir

Sentyabrın 21-də Sumqayıtda dünya standartlarına cavab verəcək şəkildə tikilmiş, müasir qurğu və avadanlıqlarla təchiz edilmiş stadionun açılış mərasimi keçirilmişdir.

Açılış mərasimində Azərbaycanda səfərdə olan UEFA-nın prezidenti Mişel Platini, AFFA-nın prezidenti Rövnəq Abdullayev, adıçəkilən qurumun baş katibi Elxan Məm­mədov, Sum­qayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan milli ko­mandanın baş məşqçisi Berti Foqts, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev və digər rəsmi qonaqlar, həmçinin şəhər ictimaiyyətinin, yerli və respublika kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Açılış mərasimində çıxış edən AFFA prezidenti şəhər sakinlərini və futbolsevərləri ölkə rəhbərinin Sumqayıta və sumqayıtlılara gös­tərdiyi diqqət və qayğının daha bir gös­tə­ricisi olan yeni stadionun açılışı münasibətilə təbrik etmiş, mötə­bər qo­nağa Sumqayıtın futbol və ümumiyyətlə, idman ənənəsi haqqında məlumat vermişdir.

Stadionla tanış olan və görülmüş işləri yüksək qiymətləndirən UEFA prezidenti Mişel Platini Sum­qayıt Futbol Akademiyasının 11-17 yaş qruplarını əhatə edən qızlardan və oğlanlardan ibarət komandalarının üzvləri ilə görüşmüş, Sumqayıt Peşəkar Futbol Klubu­nun bu uşaqların timsalında etibarlı və ümidverici bazaya malik olduğunu vurğulamışdır.

Şəhərinin əsrarəngiz bir məkanda bərqərar olduğunu və gözəl relyefə sahib ol­duğu­nu dilə gətirən UEFA prezidenti Sumqayıtdan xoş təəssüratlarla ayrılıb.

Açılış mərasimindən fotoları təqdim edirik:

3 DSC

Facebook Şərhləndirmə:

Şərhinizi yazın