Menu
Geri İrəli

Sumqayıtda dünyanın ən uzun yallısı təşkil ediləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Avqust 2015 • Baxış sayı: 622 dəfə • Şərh yoxdur

yalli2“Bizim gözəl bir milli ənənəmiz var. Bu Yallı rəqsidir. Yallı həyatın ritmini, həmrəyliyi ehtiva edir. Sumqayıtın növbəti şəhər günündə dünyanın ən böyük yallısı tədbirinin həyata keçirilməsini təklif edirəm. Düşünürəm ki, Yallı Sumqayıt əhalisinin daha da yaxın olmasına, milli vətənpərvərlik, həmrəylik ruhunun inkişafına, gənclərdə milli qürurun, etibar və etiqadın artmasına səbəb olacaqdır”.

Bu sözləri Sumqayıtda keçirilən hesabat yığıncağında “Hippokrat” Tibb Mərkəzinin direktoru Leyla Tağızadə deyib.

Onun bu təklifinə Sumqayıt şəhər İcra hakimiyyətinin Başçısı Eldar Əzizov müsbət yanaşıb və belə bir kreativ ideyanın reallaşmasının mümkünlüyünü vurğulayıb: “Dəstək vermək olar. Hər il şəhər günündə iştirak edənlərin sayı da artır. Bu gözəl təklifinizi reallaşdırmaq mümkündür. On minlərlə sumqayıtlılar çıxıb aparılan siyasətə dəstək versinlər, mədəniyyəti nümayiş etdirsinləır. İnternetdə artıq Sumqayıtla bağlı müsbət məlumatlar yer almaqdadır. Şəhərin mədəni həyatının da nümayişi müsbət hal olardı”.

İcra Başçısı təkliflə bağlı müvafiq şəxslərə göstərişlərini də verib. xeberle.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın