Menu
Geri İrəli

Sumqayıtda əcnəbilərə məxsus neçə əmlak var?

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Avqust 2015 • Baxış sayı: 477 dəfə • Şərh yoxdur

ipotekaXarici ölkə vətəndaşları Azərbaycanın daşınmaz əmlak bazarını qiymətləndirməyə başlayıblar. Ölkədə əcnəbilərə məxsus əmlakların sayı sürətlə artmaqdadır. Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) məlumatına görə, 2014-cü ildə Azərbayanda xarici ölkə vətəndaşlarına  məxsus olan əmlakların sayı kəskin artaraq 2 850-yə çatıb. Bu 2013-cü illə müqayisədə 53% çoxdur. Ümumilikdə, son 3 ildə ölkəmizdə xaricilərə məxsus olan əmlakların sayı 2 dəfədən çox artıb.

Region bazarı xariciləri cəlb edir

Maraqlıdır ki, xarici vətəndaşlar üçün Azərbaycanda əsas əmlak bazarı artıq Bakı deyil, regionlardır. Getdikcə daha çox xarici vətəndaş Azərbaycanın regionlarında əmlak almağa başlayıb. Ötən il xaricilərə məxsus olan 2 850 əmlakdan 1812-si və ya hər 3 əmlakdan 2-si regionların payına düşüb.

Hansı regionlar daha maraqlıdır?

Xaricilər ən çox cənub, Quba-Xaçmaz və Zaqatala-Balakən zonalarından əmlak almağa üstünlük verirlər. Belə ki, əcnəbilərə məxsus olan əmlaklarına sayına görə, Bakıdan sonrakı yeri Cəlilabad, Lənkəran  və Xaçmaz rayonları tutur. Gəncədə xaricilərə məxsus əmlakların sayı 120, Sumqayıtda 112 olub. Belə əmlakların sayı Şirvanda 9 dəfə, Şamaxıda 6 dəfə, Gəncə və Bərdədə isə təqribən 5 dəfə yüksəlib.

Mənzil, yoxsa torpaq sahəsi

Azərbaycanda xaricilərin üstünlük verdiyi əmlakların növündə də dəyişiklik var. Belə ki, bir il əvvələ qədər ölkəmizdə xaricilərə məxsus ən çox əmlak mənzillər olduğu halda, hazırda torpaq sahələri daha böyük yer tutur. Əcnəbilərə məxsus olan əmlakların 1 275-i və ya təqribən 45%-i məhz torpaq sahələridir. Sonrakı yerləri mənzillər (təqribən 40%) və fərdi evlər (14%) tutur.

Mənzillərin böyük hissəsi  – 920-si Bakıdadır. Paytaxtdan başqa, xaricilərin ən çox mənzil aldığı bölgələr Sumqayıt, Gəncə  və Xaçmazdır. Xaricilərə məxsus torpaq sahələrinin isə böyük hissəsi – 351-i Cəlilabaddadır. Sonrakı yerləri Lənkəran, Şəmkir  və Şirvan tutur.

Xarici ölkə vətəndaşları Azərbaycanda ən çox fərdi evi Bakıda alıblar – 71 ev. Fərdi evlərin sayına görə, sonrakı yeri Quba-Xaçmaz (59 ev) və Zaqatala-Balakən (40 ev) zonaları tutur. Kommersiya obyektlərinə gəlincə, xaricilərə məxsus qeyri-yaşayış sahələrinin böyük hissəsi – 26 əmlaklan 24-ü Bakıda yerləşir.

 

Azərbaycanda xaricilərə məxsus əmlakların sayı (2011-2014)

İllər 2011 2012 2013 2014
Əmlak sayı 1 265 1 501 1 854 2 850

2014-cü ildə Azərbaycanda xaricilərə məxsus əmlakların əmlak növləri üzrə bölgüsü

Əmlak növü Sayı
Mənzil 1 125
Fərdi-yaşayış evi 400
Torpaq 1 275
Qeyri-yaşayış sahəsi 26
Bağ evi 5
Qeyri-yaşayış binası 12
Əmlak kompleksi 7
Cəmi 2 850
Facebook Şərhləndirmə:

Şərhinizi yazın