Menu
Geri İrəli

Sumqayıtda ədliyyə işçilərinin peşə bayramı qeyd edilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Noyabr 2016 • Baxış sayı: 511 dəfə • 3 şərh

dsc_0249

Sumqayıt şəhərində ədliyyə işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, onun əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbirdə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının rəhbərləri, regional məhkəmənin və onun yurisdiksiyasına aid edilən məhkəmələrin hakimləri, məhkəmə aparatının işçiləri, Sumqayıt Regional Ədliyyə Şöbəsinin, şəhərdə fəaliyyət göstərən icra, qeydiyyat şöbələrinin, notariat kontorlarının əməkdaşları iştirak edib.
Tədbiri Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi açıb. O, Azərbaycan ədliyyə sisteminin zəngin tarixindən, ölkəmizin yenidən dövlət müstəqilliyi əldə etdikdən və ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsində qurulmasından, bunun üçün həyata keçirilən əsaslı tədbirlərdən danışıb.
Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov ədliyyə işçilərini təbrik edərək bildirmişdir ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq sahəsində köklü islahatlar həyata keçirilmişdir.Hazırda bu islahatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
İcra hakimiyyətinin başçısı məhkəmə-hüquq sahəsində aparılan islahatlar nəticəsində ədalət mühakiməsinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğulayaraq, ədliyyə işçilərinə fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxış edənlər ölkəmizdə aparılan uğurlu hüquq islahatlarından, ədliyyə sisteminin inkişafından söhbət açıb, ədliyyə orqanlarının qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquqlarının etibarlı təmin olunması işində öz vəzifələrini layiqincə yerinə yetirdiklərini vurğulayıblar.
Sonda ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib.

dsc_0193 dsc_0195 dsc_0208 dsc_0214 dsc_0240 dsc_0245
dsc_0260 dsc_0262 dsc_0273 dsc_0306 dsc_0307 dsc_0319 dsc_0340

Facebook Şərhləndirmə:

“Sumqayıtda ədliyyə işçilərinin peşə bayramı qeyd edilib – FOTOLAR” yazısına 3 cavab

  1. Fuad deyir:

    Təbrik edirəm gec də olsa.

  2. Rena Seferaliyeva deyir:

    Bu huquq muhafize orqanlari vetendaslara qarsi biraz nezaketli davranmaqi oyrenseydiler lap yaxsi olardi.

  3. Maqsud deyir:

    Qeseng zaldir. Göresen orda tedbir keçirmek ucun ne qder odenis etmek lazimdir?

Şərhinizi yazın