Menu
Geri İrəli

Sumqayıtda ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Noyabr 2017 • Baxış sayı: 627 dəfə • Şərh yoxdur
Share Button

15113492722766121818_1000x669

Sumqayıt şəhərində Ədliyyə işçilərinin peşə bayramı təntənəli şəkildə qeyd olunub. Tədbirdə şəhərdə fəaliyyət göstərən məhkəmələrin, ədliyyə orqanlarının kollektivləri, şəhər icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhərin Heydər parkında Ümummilli Liderin abidəsi ziyarət olunub, önünə əklil və tər çiçəklər düzülüb.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyatının və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu ekspozisiyalarla tanış olublar.

Tədbir Heydər Əliyev Mərkəzinin konfrans zalında davam etdirilib. Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bektaşi çıxış edərək şəhərdə fəaliyyət göstərən ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Bildirilib ki, hər il noyabrın 22-nin milli dövlətçiliyimizin inkişafında müstəsna rolu olan ədliyyə orqanları işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Zəngin ənənələrə və böyük tarixi keçmişə malik Azərbaycan Ədliyyəsi məhz Ulu Öndərin rəhbərliyi ilə yenidən formalaşıb və köklü məhkəmə-hüquq islahatlarına başlanılıb.

Sədr hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində məhkəmə-hüquq islahatları prosesinin keyfiyyətcə və mahiyyətcə yeni səviyyəyə qalxdığını, ədliyyə və məhkəmə infrastrukturunun əhəmiyyətli dərəcədə yeniləşdiyini, o cümlədən ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş məhkəmə binalarının inşa edildiyini, əhaliyə göstərilən hüquqi xidmətin keyfiyyətinin və ədalət mühakiməsinin səmərəliliyinin xeyli yüksəldiyini diqqətə çatdırıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısını müavini Teymur Səmədov ədliyyə işçilərini şəhər rəhbərliyi adından təbrik edərək, ölkəmizdə bu sahəyə göstərilən dövlət qayğısından danışıb. Paytaxtda və bölgələrdə məhkəmələr üçün yeni binaların, komplekslərin tikildiyini deyən T.Səmədov Sumqayıtda da inşası davam edən məhkəmə kompleksinin son illər sürətlə dəyişən, müasirləşən şəhərdə yeni ünvanların sırasında yer alacağını vurğulayıb.

Çıxışlarda ədliyyə və məhkəmə sistemində həyata keçirilən islahatların prioritetlərindən də söz açılıb. Bildirilib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirilib, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti daha da artıb.

Tədbiri yekunlaşdıran Səadət Bektaşi məhkəmə sistemində ardıcıl həyata keçirilən islahatların ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılması, məhkəmə hakimiyyətinin müstəqilliyinin və səmərəliyinin artırılması ilə nəticələnəcəyinə əminliyini ifadə edib. O, Azərbaycanda vüsət alan mütərəqqi islahatların və əldə edilmiş nailiyyətlərin örnək kimi qəbul edildiyini bildirib, ölkəmizin məhkəmə sistemindəki nailiyyətlərinə görə Avropa Şurası tərəfindən “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olduğunu diqqətə çatdırıb.

15113492723917842449_1000x669 15113492724034014737_1000x669 15113492724541736090_1000x669 15113492725905014440_1000x669

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın