Menu
Geri İrəli

Sumqayıtda ədliyyə mayoru qəfildən öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Mart 2014 • Baxış sayı: 367 dəfə • Şərh yoxdur

22294

Bu gün Sumqayıt şəhərində ölüm faktı qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, Ədliyyə nazirliyinin mayoru Sofiyev Arif Alı oğlu bu gün axşam saatlarında dünyasını dəyişib. Belə ki, 55 yaşlı A.Sofiyev axşam saat 19:00 radələrində Sumqayıtda yerləşən “Zəngəzur” kafesində yemək yeyərkən halı pisləşib. Hadisə yerinə təcili tibbi yardımın əməkdaşları gəlsə də A.Sofiyevin həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, mərhum Arif Sofiyev infarkt nəticəsində dünyasını dəyişib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın